14:00 - 18.05.2026
18 may, Fineko/abc.az. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın qədim məkanları barədə danışıb.
ABC.AZ xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib: “Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır. Qəbələ, Şəki paytaxt olub və Qafqaz Albaniyasının mərkəzlərindən olublar. Bir çox tarixi abidələr var. Şəkinin Kiş kəndində olan kilsə bəlkə də dünyanın ən qədim kilsələrindən biridir. Bizim ulu babalarımızın istedadı, həmçinin məhz Lahıc qəsəbəsində görünür. Kəndin yarandığı əsrdə məhz kanalizasiya sistemi qurulmuşdu və o, bu günə qədər işləyir”.
27 İyul 2026
25 İyul 2026