İlham Əliyev Pakistana səfər edəcək

12:12 - 13.05.2026


13 may, Fineko/abc.az. Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Pakistana səfərə dəvət edib.

ABC.AZ xəbər verir ki, bu, liderlər arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub.

Bildirilib ki, söhbət zamanı Ş. Şərif Azərbaycan Prezidentini Pakistana səfərə dəvət edib və İlham Əliyev bu dəvəti qəbul edib.