Çin aviaşirkətləri yanacaq yığımını 40-50% artıracaq

11:02 - 13.05.2026


13 may, Fineko/abc.az. Çin aviaşirkətləri mayın 16-dan yanacaq yığımını 40-50% artıracaq.

ABC.AZ xəbər verir ki, Çinin Yicai nəşrinə əsasən, yanacaq əlavəsi 800 kilometrədək olan uçuşlar üçün 60 yuandan 90 yuana (8,77 dollardan 13,1 dollara), 800 kilometrdən çox olan uçuşlar üçün isə 120 yuandan 170 yuana (17,5 dollardan 24,8 dollara) qədər artırılacaq.

Aprel ayının yekunlarına görə, Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazındakı böhran fonunda dünya enerji qiymətlərinin artması səbəbindən Çində daxili aviareyslər üzrə yanacaq rüsumları beş dəfə yüksəlib.