Bu Dövlət Agentliyi sədrinin müşaviri vəzifəsini tərk edib

14:04 - 12.05.2026


12 may, Fineko/abc.az. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri vəzifəsini tərk edib.

ABC.AZ xəbər verir ki, Mehdi Cavadov sədrin müşaviri vəzifəsindən ayrılıb. O, 2023-cü ilin fevral ayından 2026-cı ilin may ayına kimi bu vəzifədə çalışıb.

O, 2019-cu ilin fevralından 2023-cü ilin fevral ayına kimi Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini olub.