Daha bir Bank İslam maliyyələşməsi üzrə yeni məhsulunu təqdim edəcək

11:27 - 8.05.2026


8 may, Fineko/abc.az. "Azərbaycan Beynəlxalq Bankı" (ABB) yaxın vaxtlarda İslam maliyyələşməsi üzrə “Murabaha” kreditini təqdim edəcək.

ABC.AZ xəbər verir ki, bunu ABB-nin Dayanıqlılıq Hesabatına dair mətbuat konfransında Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

Sədr qeyd edib ki, məhsul Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində İslam bankçılığı pəncərəsinin açılması ilə əlaqədar bank tərəfindən hazırlanıb.

“Xüsusi tənzimləmə rejimi çərçivəsində rezident hüquqi şəxslərin və fərdi sahibkarların daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlaklarının maliyyələşdirilməsi üzrə “Murabaha” məhsulunun müştərilərə təklif olunması nəzərdə tutulur. Məhsul artıq tam hazırdır. Kreditləşmə məbləği 100 min manatdan 5 milyon manatadək olacaq. Düşünürük ki, yaxın zamanda müştərilərə təqdim ediləcək”, - deyə o bildirib.

Müəllif: Elmir Muradov