16:09 - 6.05.2026
6 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 210,6 milyon manatdan çox olub, proqnozdan əlavə 117,9 milyon manatdan çox vəsait ödənilib.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 485,5 milyon manata yaxın təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 78,5 milyon manata yaxın olub, proqnozdan əlavə 3,3 milyon manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 61,3 milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 339,8 milyon manatdan çox olub, proqnozdan əlavə 9,9 milyon manata yaxın vəsait ödənilib. eyri-büdcə təşkilatları üzrə daxilolmalar 229,1 milyon manatdan çox olub.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026