15:11 - 6.05.2026
6 may, Fineko/abc.az. Ələt Azad İqtisadi Zonasında qida emalı layihələrinə investisiya yatırılması ilə bağlı çağırış edilib.
ABC.AZ xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilmiş tədbirlərdən birində deyib.
Onun sözlərinə görə, iqtisadi zona investorlar üçün geniş logistika imkanları, hazır infrastruktur və xüsusi güzəştlər təqdim edir:
"Biz bu mötəbər tədbirin iştirakçılarını Ələt Azad İqtisadi Zonasında, xüsusilə qida emalı sahəsində investisiya yatırmağa və yeni bizneslər yaratmağa dəvət edirik. Zonada fəaliyyət göstərən investorlar nəqliyyat və logistika xidmətlərinə asan çıxış əldə edir, həmçinin vergi və gömrük güzəştlərindən yararlana bilirlər".
O qeyd edib ki, İqtisadi Zonada investorların şirkət qeydiyyatı, torpaq icarəsi və tikinti məsələləri daxili qaydalar əsasında tənzimlənir və dövlət qurumlarına əlavə müraciətə ehtiyac qalmır.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026