BƏƏ uçuş məhdudiyyətlərini ləğv edib

11:40 - 5.05.2026


5 may, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirlikləri ABŞ, İsrail və İran arasındakı münaqişə fonunda tətbiq edilən uçuş məhdudiyyətlərini ləğv edib.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasına görə, münaqişə Yaxın Şərqdə aviasiyada ciddi pozuntulara, bir sıra ölkələrin hava məkanının bağlanmasına və 11 mindən çox reysin ləğvinə səbəb olmuşdu. Avropa–Asiya marşrutları da zərər görmüşdü.

Böhran dövründə region ölkələri, o cümlədən BƏƏ uçuşları məhdudlaşdırmış, bəzi aviaşirkətlər isə fəaliyyətini dayandırmışdı. Hazırda isə aviasiya sistemi tədricən normallaşır.