Aİ Britaniyadan bazara çıxış üçün illik ödənişlər tələb edir

10:36 - 5.05.2026


5 may, Fineko/abc.az. Brexit-dən sonra ilk dəfə olaraq Avropa İttifaqı Böyük Britaniyadan vahid bazara çıxış üçün illik maliyyə ödənişləri tələb etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, The Times nəşrinin məlumatına görə, Brüssel Aİ sammitində baş nazir Kir Starmerdən prinsipial razılıq almağa ümid edir.

Təklif olunan mexanizmə əsasən, Londonun ödəyəcəyi məbləğ ölkənin Aİ bazarında iştirak etmək istədiyi paydan asılı olacaq. Prioritet sahələr kimya, əczaçılıq və avtomobil sənayesidir.

Aİ vurğulayır ki, Böyük Britaniyaya yalnız özünə sərf edən şərtləri seçməyə imkan verilməyəcək və İsveçrə modelinə bənzər — ittifaq büdcəsinə müntəzəm ödənişləri nəzərdə tutan yanaşmada israr olunur.

Xatırladaq ki, Böyük Britaniya 31 yanvar 2020-ci ildə Aİ-dən ayrılıb və 2016-cı il referendumundan sonra tərəflər kvota və rüsumlar olmadan azad ticarət sazişi imzalayıblar.