10:55 - 30.04.2026
30 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC (ABİF) indiyə qədər sahibkarların 52 layihə üzrə banklardan əldə etdiyi 66,8 milyon manat kreditə 56,5 milyon manat dövlət zəmanəti verib.
Fonddan ABC.AZ-a bildirilib ki, bu layihələr üzrə 17,3 milyon manat subsidiya təsdiqlənib.
ABİF-in tətbiq etdiyi zəmanət və subsidiya mexanizmi sahibkarların maliyyə resurslarına çıxışını daha da asanlaşdırır və kredit risklərini minimuma endirir.
Mexanizmə əsasən bank və bank olmayan kredit təşkilatlarından əldə edilən kreditlərin 90 %-ə qədər hissəsinə dövlət zəmanəti verilir.
Eyni zamanda, kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndini 36 aya qədər olan müddətdə dövlət subsidiyalaşdırır və kreditlər üçün əlavə güzəşt müddəti tətbiq edir.