17:30 - 28.04.2026
28 aprel, Fineko/abc.az. 9 iyun 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
ABC.AZ xəbər verir ki, 1-11-ci sətirdə olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
12-ci sətirdə olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
13-cü sətirdə olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.
Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1758, 1709, 1706 və 1705)