Neft ucuzlaşır: Brentin bareli 108,06 dollara düşüb

09:43 - 16.09.2026


16 sentyabr, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiymətləri, əvvəlki sessiyanın yekunlarına görə qeydə alınan əhəmiyyətli artımdan sonra aşağı düşür.

Saat 09:38-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin noyabr fyuçersləri 0,69 dollar (0,63%) ucuzlaşaraq bir bareli üçün 108,06 dollar təşkil edib. Sentyabrın 15-də baş tutan hərracların yekununda isə müqavilənin qiyməti 3,07 dollar (2,90%) artaraq 108,75 dollara yüksəlmişdi.

"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" markalı neftin oktyabr fyuçerslərinin qiyməti saat 09:38-ə qədər 1,12 dollar (1,06%) azalaraq bir bareli üçün 104,71 dollara enib. Sentyabrın 15-də keçirilən hərracların yekununda isə müqavilənin qiyməti 4,44 dollar (4,38%) artaraq 105,83 dollar olmuşdu.