Meta süni intellekti kosmik enerji ilə təmin edəcək

14:14 - 28.04.2026


28 aprel, Fineko/abc.az. Meta və “Overview Energy” startapı kosmosdan 1 QVth elektrik enerjisinin tədarükü barədə unikal saziş imzalayıblar.

ABC.AZ xəbər verir ki, texnologiyanın mahiyyəti peyklərin orbitdə gün boyu günəş işığını toplaması və onu təhlükəsiz infraqırmızı şüalanma şəklində Yerə ötürməsindən ibarətdir. Sistem hava şəraitindən və günün vaxtından asılı olmayaraq, Meta-nın süni intellektin inkişafı üçün istifadə etdiyi məlumat mərkəzlərinin (data-center) sabit fəaliyyətini təmin edəcək.

Orbitdə ilk sınaqlar 2028-ci ildə keçiriləcək, sistemin tam fəaliyyətə başlaması isə 2030-cu ilə planlaşdırılıb.