16:23 - 27.04.2026
27 aprel, Fineko/abc.az. “Aqrarkredit” BOKT Qapalı Səhmdar Cəmiyyəti balansinda olan avtomobilləri satışa çıxarır.
ABC.AZ xəbər verir ki, söhbət kredit təşkilatının balansındakı toksik aktivlər üzrə əldə edilmiş istehsal tarixi 1993 – 2013-cü illər arasında dəyişən istifadəyə tam yararsız olan avtomobillərdən gedir.
Məlumata görə, avtomobillərin cəmi dəyəri 19 min 450 manat, sayı isə 17 ədəddir.
27 İyul 2026