15:23 - 24.04.2026
24 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının avtomobilləri növbəti dəfə endirimlə satışa çıxarılır.
ABC.AZ xəbər verir ki, hərrac 7 may 2026-cı il tarixində saat 10:00-da keçiriləcək. Hərraca 4-cü dəfə çıxarılan avtomobillər 30% endirimlə təklif ediləcək.
Hərraca, Bakı və Yevlax şəhərlərindəki – «LEXUS», «HYUNDAI», «MİTSUBİSHİ», «KİA CERATO», «MERCEDES», «VAZ» və «Honda» avtomobilləri çıxarılacaq.
Maşınların start qiymətləri 2 660 manatdan 71 min 877 manata qədər dəyişir. Hər bir lot üçün iştirakçılardan 10% beh tələb olunur.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbəsində keçiriləcək.
Ünvan Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026