İndiyə qədər tütün sahələri üzrə fermerlərə bu qədər sığorta ödənişi verilib

12:07 - 24.04.2026


24 aprel, Fineko/abc.az. Azərbaycanda indiyə qədər tütün sahələri üzrə fermer və təsərrüfatlara 186 min manat sığorta ödənişi verilib.

ABC.AZ Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, bu ödənişlər Balakən, Qax, Şəki və Zaqatala rayonlarında, tütün sahələrinə dolu, fırtına və sel-subasma hadisələri üzrə edilib.

Tütün sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonuna qədər davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən mayda baş verən leysan yağışlardan qorumağa imkan verir.