"Gədəbəy"in ümumi istehsal gücü artırılıb

14:37 - 23.04.2026


23 aprel, Fineko/abc.az. "Gədəbəy" və "Dəmirli" yataqlarında zənginləşdirmə qurğularının modernləşdirilməsi çərçivəsində "Gədəbəy"in ümumi istehsal gücü artırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə AAM-ın məlumatında deyilir. Xüsusilə dəyirmanın məhsuldarlığını artırmaq üçün "Energy Efficient Pulp Lifter" sistemi, sənaye şrederi (xırdalayıcı – red.) quraşdırılıb və lisenziyalı texniki xidmət üzrə yeni proqram tətbiq edilib.

"Gədəbəy" yatağının tullantı anbarlarında da əlavə işlər planlaşdırılıb, optik lifli sensorlar əsasında tullantı anbarı bəndinin monitorinq sisteminin quraşdırılması nəzərdə tutulub.

"Dəmirli" yatağında "SAG" tipli və kürəli dəyirmanlar istismara verilib. Həmçinin qiymətli komponentlərin çıxarılması üzrə yeni metod sınaqdan keçirilir və əldə edilən nəticələr ümidvericidir: misin çıxarılma səviyyəsi 78 %-ə çatır", - AAM qeyd edir.