Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya qoyulub

11:01 - 23.04.2026


 

23 aprel, Fineko/abc.az. Son iyirmi il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya qoyulub.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilmiş Azərbaycan-Latviya biznes-forumunda deyib.

"Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır", - İlham Əliyev bildirib və əlavə edib ki, investisiya üçün əlverişli mühitin yaradılması qarşıda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub.