14:24 - 22.04.2026
22 aprel, Fineko/abc.az. Azərbaycanda “Maliyyə icarəsi haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı milli qanunvericilikdən “lizinq” anlayışının çıxarılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bu barədə qanun layihəsinin müzakirə edildiyi Milli Məclisin İqtisasi siyasət, sənaye və sahbikarlıq komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.
İclasda qeyd olunub ki, beynəlxalq termin olan “leasing” sözü dilimizə tələffüz olunduğu kimi keçib, “lizinq” kimi ifadə olunub, hazırda təqdim olunan qanun layihəsində isə onun “maliyyə icarəsi” kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilib. Bir sıra ölkələrdə də “financial lease” termini həmin ölkələrin dilində hərfi tərcümədə olduğu kimi istifadə edilir.