15:52 - 21.04.2026
21 aprel, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Hörmüz boğazı ətrafındakı vəziyyətin ciddi qlobal iqtisadi problemə çevrildiyini və dünya enerji xəritəsinin yenidən qurulmasına səbəb ola biləcəyini bildirib.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, Hörmüzün bağlanması təkcə neft və qazın deyil, həm də gübrələrin, neft-kimya və helium kimi dünya iqtisadiyyatı üçün vacib olan malların tədarükünü dayandırıb. Tezliklə açılsa da, axınların bərpası ən azı iki il çəkəcək və əhəmiyyətli investisiyalar tələb edəcəkdir.
Birol vurğulayıb ki, böhran Hörmüz boğazının etibarlılığını sarsıdıb və bazarlarda dəyişkənliyi artıracaq, dünya iqtisadiyyatının bir nəqliyyat marşrutundan asılılığı isə azalacaq.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026