Nazirlik tender elan edir

11:03 - 17.04.2026


17 aprel, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi Çaykənd Qızılbalıqartırma Zavodunun yenidən qurulması üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 450 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini mayın 7-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 7-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.