10:13 - 16.04.2026
16 aprel, Fineko/abc.az. Azərbaycanda 2026-cı ilin I rübündə bank sektoru genişlənən kredit aktivliyi və yüksələn faiz marjası fonunda güclü mənfəət dinamikası nümayiş etdirib, gəlirliliyin əsas hissəsi isə sistem əhəmiyyətli banklarda cəmləşib.
ABC.AZ xəbər verir ki, sektor ilk rübdə 373 mln. manat xalis mənfəət əldə edib. Bu göstərici 2025-ci ilin müvafiq dövründəki 253 mln. manatla müqayisədə 120 mln. manat və ya 48% artım deməkdir.
Xalis mənfəətin 309 mln. manatı və ya ümumi sektorun 83%-i TOP-5 bankın payına düşüb.
İlkin hesablamalara görə, xalis mənfəətdəki artım əsasən kredit portfelinin genişlənməsi fonunda faiz gəlirlərinin faiz xərclərindən daha sürətli artmasdırr. Nəticədə kredit-depozit marjası effekti xalis faiz gəlirlərinin yüksəlməsini dəstəkləyib.