Çexiyanın ötən il əsas neft tədarükçüsü Azərbaycan olub

16:19 - 15.04.2026


15 aprel, Fineko/abc.az. Azərbaycan 2025-ci ilin yekunlarına görə Çexiyaya əsas neft tədarükçüsü olub.

ABC.AZ xəbər verir ki, bu barədə Çexiyanın "České noviny" nəşri məlumat yayıb.

Çexiyanın ümumi idxal həcmində Azərbaycan neftinin payı 42 %-i ötüb.

2025-ci ildə Çexiya Azərbaycandan 2,9 milyon ton neft idxal edib, bu da əvvəlki illə müqayisədə 10 % çoxdur. Bununla yanaşı, Azərbaycan son illərdə Çexiyaya neft tədarükündə payını artırıb.

Nəşrin məlumatına görə, 2025-ci ildə Çexiya 6,85 milyon tondan çox neft idxal edib, bu da 2024-cü illə müqayisədə 5,5 % çoxdur.

Rusiya neftinin payı 2025-ci ildə 7,7 %-ə qədər azalıb. Çexiya ötən il Norveç, Qazaxıstan və Səudiyyə Ərəbistanından neft idxalını artırıb. Nəşrə görə, bu ölkələrdən satınalmaların artması Trans-Alp neft kəməri (TAL) neft kəmərinin ötürücülük qabiliyyətinin artması və "Drujba" neft kəmərindəki tədarük problemləri ilə əlaqədardır. © Report