15:50 - 15.04.2026
15 aprel, Fineko/abc.az. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Azərbaycanla ticarətdən, xüsusən də neft məhsulları idxalından əldə etdiyi iqtisadi fayda barədə danışıb.
ABC.AZ xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Qeyd edilib ki, Paşinyan bu barədə parlamentdə çıxışı zamanı bildirib.
"Azərbaycandan Ermənistana neft məhsullarının idxalı sayəsində ölkə vətəndaşları və sakinləri on milyardlarla qənaət ediblər. Azərbaycan neft məhsullarının idxalı - bazarda 8 il davam edən monopoliya vəziyyətinin aradan qaldırılması əməliyyatını başa çatdırmağımıza imkan verən son amil oldu. Niyə 8 il? Çünki biz mafiya ilə mübarizə aparırıq. Bu mafiya təkcə daxili erməni mafiyası deyil, onun bəzən başqa yerlərdə də digər filialları olur", - Paşinyan deyib.
O əlavə edib ki, əgər Azərbaycan dəmir yolu ilə Ermənistana tədarüklər başlamasaydı, mümkün böhranlar, o cümlədən Hörmüz boğazı ətrafındakı vəziyyət ölkə iqtisadiyyatına daha güclü təsir edərdi.
29 İyul 2026
29 İyul 2026
28 İyul 2026
27 İyul 2026