I rübdə Azərbaycanda bu qədər karbamid istehsal olunub

12:20 - 15.04.2026


15 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanda 85,6 min ton karbamid istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin üç ayı ilə müqayisədə 37,6 % azdır.

Bu ilin aprelin 1-nə 27,7 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir.