"ASAN İmza" elektron imza sertifikatı eçün mütaciətlər azalıb

12:09 - 14.04.2026


14 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanda 113 041 "ASAN İmza" elektron imza sertifikatı verilib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Hesabat dövründə "ASAN İmza"lar 72 735 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 3,6 % azdır.

"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Sertifikatlar 3 il etibarlıdır.