Yaşa görə aylıq sosial müavinət alanların sayı 172 359 nəfər olub

10:51 - 13.04.2026


13 aprel, Fineko/abc.az. 2026-cı ilin mart ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 172 359 nəfər olub.

ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Məlumata əsasən, onların 37,9 %-ni kişilər, 62,1 %-ni isə qadınlar təşkil edib.