"Azərbaycan Sənaye Sığorta" 2,588 milyon manat zərərlə başa vurub

15:20 - 9.04.2026


9 aprel, Fineko/abc.az. "Azərbaycan Sənaye Sığorta" ASC (ASS) 2025-ci ili 2,588 milyon manat zərərlə başa vurub. Halbuki, şirkət 2024-cü ildən 1,297 milyon manat xalis mənfəətlə çıxmışdı.

ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il ASS-nin gəlirləri 29,287 milyon manat (əvvəlki ilə nisbətən 9,1 % çox), xərcləri 31,876 milyon manat (26,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə ASS-nin aktivləri 35,726 milyon manat olub ki, bu da illik müqayisədə 16,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 43,1 % artaraq 26,153 milyon manata, balans kapitalı isə 22,9 % azalaraq 9,573 milyon manata çatıb.