14:30 - 9.04.2026
9 aprel, Fineko/abc.az. "Atəşgah Sığorta" ASC 2025-ci ili 1,684 milyon manat xalis mənfəətlə başa vurub.
ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 49,8 % və yaxud 2 dəfə azdır.
Ötən il "Atəşgah Sığorta"nın gəlirləri 71,909 milyon manat (əvvəlki ilə nisbətən 3,2 % çox), xərcləri 69,804 milyon manat (6,6 % çox), mənfəət vergisi ödəmələri isə 421 min manat (49,8 % az) təşkil edib.
Bu ilin yanvarın 1-nə "Atəşgah Sığorta"nın aktivləri 65,841 milyon manat olub ki, bu da illik müqayisədə 19,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 24,1 % azalaraq 48,524 milyon manata düşüb, balans kapitalı isə 4,4 % azalaraq 17,318 milyon manata çatıb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026