10:46 - 9.04.2026
9 aprel, Fineko/abc.az. Donald Trump administrasiyası NATO müttəfiqlərinə bir neçə gün ərzində Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün bir neçə gün ərzində xüsusi hüquqi və hərbi öhdəliklər təqdim etmək tələbləri irəli sürüb.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Danışıqlar Ağ Evdə, Pentaqonda və ABŞ Dövlət Departamentində keçirilib və gərgin atmosferdə baş tutub. Beynəlxalq koalisiyanın boğazın açılmasına yardım edəcəyi ilə bağlı vədlərə baxmayaraq, İran və İsrail arasında davam edən zərbələr fonunda boğaz hələ də bağlı qalır.
İranda bildirirlər ki, İsrailin “Hizbullah”a qarşı hərəkətləri atəşkəsi pozur. Bu şəraitdə Avropa müttəfiqləri Vaşinqtonun müəyyən etdiyi müddətlərin real olub-olmamasına şübhə ilə yanaşır.
ABŞ-ın dövlət katibi Marko Rubio və NATO-dakı səfiri Metyu Uitaker açıq mesaj veriblər: müttəfiqlər öz əhəmiyyətlərini sübut etməlidirlər, əks halda alyansla münasibətlərin formatı yenidən nəzərdən keçirilə bilər.
30 İyul 2026
29 İyul 2026