Dubayda robotaksilər istifadəyə verildi

17:18 - 2.04.2026


2 aprel, Fineko/abc.az. Dubayda robotaksi xidməti rəsmi olaraq fəaliyyətə başlayıb: ilk marşrutlar Cümeyra və Ümm-Suqeym rayonlarında açılıb. Gediş haqqı adi taksi tarifləri ilə müqayisədədir, məsələn, Cümeyra məscidindən Madinat Cümeyra bazarına 68,87 dirhəm (~18,7 $), Kayt çimərliyindən bazara 30,07 dirhəm (~8,2 $).

ABC.AZ xəbər verir ki, layihə “ağıllı mobillik” proqramı çərçivəsindədir, ilkin mərhələdə 100 avtomobil fəaliyyət göstərir, sifarişləri Uber və Apollo Go vasitəsilə etmək mümkündür. Bəzi robotaksilər sürücüsüz işləyir, amma bu operator və mərhələdən asılıdır.

Sistem geniş sınaqlardan keçib, süni intellekt və rəqəmsal xəritələr əsasında real vaxt rejimində təhlükəsiz hərəkət edir. Dubai Media Office bildirir ki, avtomobillər artıq 150 milyon km-dən çox məsafə qət edib və 10 milyondan artıq pilotsuz səfər həyata keçirib.