10:00 - 2.04.2026
2 aprel, Fineko/abc.az. 1 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel arasında telefon danışığı aparılıb.
XİN-dən ABC.AZ-a verilən xəbərə görə, nazirlər telefon danışığı zamanı Azərbaycanla Portuqaliya arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Portuqaliya naziri ölkəsinin Azərbaycandakı diplomatik təmsilçiliyinin səviyyəsinin qaldırılması və ölkəmizdə səfirlik açmaq barədə qərar verildiyini diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov bu qərara görə təşəkkür edib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026