11:06 - 1.04.2026
1 aprel, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi Moody’s 2026-cı ildə Gürcüstanda iqtisadi artımın 6% səviyyəsində olacağını proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze bazar ertəsi agentliyin məlumatlarına istinadən bildirib.
“Reytinq agentliyi Moody’s Gürcüstanın suveren reytinqi üzrə növbəti dövri icmalı başa çatdırıb. Agentliyin bəyanatında qeyd olunur ki, ölkənin makroiqtisadi və fiskal göstəriciləri xarici sarsıntılara baxmayaraq güclü olaraq qalır”, — deyə V. Tsintsadze bildirib.
O əlavə edib ki, agentliyin təqdim etdiyi icmalda əsas diqqət Gürcüstanın tədiyə balansının cari əməliyyatlar hesabı üzrə kəsirin əhəmiyyətli dərəcədə azalmasına yönəlib. Moody’s-in qiymətləndirməsinə görə, bu göstərici 2025-ci ildə ÜDM-in 2,9%-nə qədər azalıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026