10:44 - 18.03.2026
18 mart, Fineko/abc.az. “TVM İnşaat” MMC yenidən nizamnamə kapitalını azaldır.
ABC.AZ xəbər verir ki, şirkət nizamnamə kapitalının 4 189 610 manata azaldığını elan edir.
Xatırladaq ki, “TVM İnşaat” şirkəti bundan əvvəl nizamnamə kapitalının 6.189.610 manata azaldığını elan etmişdir. Belə ki, MMC-nin nizamnamə kapitalı 2 milyon manat azaldılıb.
Onu da qeyd edək ki, inşaat şirkətinin qanuni təmsilçisi Musa Ağayevdir.