İki ay ərzində müəssisələr 9,3 milyard manatlıq sənaye məhsulu istehsal edib

12:22 - 17.03.2026


17 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 9,3 milyard manat dəyərində və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,5 % çox sənaye məhsulu istehsal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2 ay ərzində emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, elektrik avadanlıqlarının istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri sahələrində olub.