10:07 - 16.11.2018
16 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 0,81 dollar və yaxud 1,20% artıb.
Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 68,62 dollar təşkil edir.
Noyabrın 15-də keçirilən ticarətin nəticəsində “NYMEX” birjasında “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti 0,21 dollar (0,37%) artaraq bir barelə 56,46 dollar təşkil etmişdir.
Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti 0,5 dollar (0,76%) artaraq bir barelə 66,62 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 10,16 dollara bərabərdir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026