11:56 - 16.03.2026
16 mart, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyi (IEA) iştirakçı ölkələrin strateji ehtiyatlarından 400 mln bareldən çox neftin buraxılacağını elan edib. Bu addım Hörmüz boğazındakı kəsintilər və İran ətrafındakı hərbi gərginlik fonunda qiymətlərin artmasının qarşısını almaq üçün atılır.
ABC.AZ xəbər verir ki, təxminən 72%-i xam neft, qalan hissəsi isə neft məhsullarıdır. Təchizat tədricən həyata keçiriləcək: əvvəlcə Asiya və Okeaniya, martın sonuna doğru isə Avropa və Amerika bazarına çıxarılacaq. Analitiklər xəbərdarlıq edirlər ki, bu tədbir yalnız geosiyasi risklər davam etdiyi halda qiymətlərə təzyiqi müvəqqəti azalda bilər.