Trampın sərvəti 6,4 milyard dollara çatıb

14:37 - 11.03.2026


11 mart, Fineko/abc.az. Forbes jurnalının dünyanın ən varlı milyarderlərinin yenilənmiş reytinqinə görə, ABŞ prezidenti Donald Trampın sərvəti son bir ildə 1,4 milyard dollar artaraq 6,4 milyard dollara çatıb.

ABC.AZ xəbər verir ki, bu artım ona dünyanın ən varlı insanları siyahısında 700-cü yerdən 645-ci yerə yüksəlməyə imkan verib.

Onun sərvətinin artmasının əsas səbəbi kripto sənayesindəki fəaliyyət olub.

Tramp əvvəllər tam şəkildə ona məxsus olan World Liberty Financial holdinq şirkətinin tokenlərinin və səhmlərinin satışından, həmçinin şirkətdə qalan payından gəlir əldə edib.