22 şəhər və rayonda İpoteka Fondunun xəttilə kredit verilməyib

12:30 - 11.03.2026


11 mart, Fineko/abc.az. Bu il yanvarın 1-nə qədər Azərbaycanın 22 şəhər və rayonunda İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə kredit verilməyib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, bunlar Naxçıvan Muxtar Respublikasındakı Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa, Ordubad rayonları, işğaldan azad edilmiş Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd, Füzuli, Xocalı, Laçın, Kəlbəcər, Ağdərə və Şuşa rayonları, Xankəndi şəhəri, eləcə də Saatlı, Hacıqabul, Xızı, Ağsu rayonlarıdır.