11:38 - 4.03.2026
4 mart, Fineko/abc.az. Ötən il Azərbaycan 13,8 milyon ABŞ dolları dəyərində 8 min 482 ton xurma (təzə və ya qurudulmuş) idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 17 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 7,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 17 % az) 6 min 312 ton (-15 %), Tunisdən 2,6 milyon ABŞ dolları dəyərində (-12 %) 1 min 385 ton (-13 %), İsraildən 1,4 milyon ABŞ dolları dəyərində (+19 %) 190 ton (+14 %), Fələstindən 1,2 milyon ABŞ dolları dəyərində (+40 %) 160 ton (+40 %), Səudiyyə Ərəbistanından 416 min ABŞ dolları dəyərində (+18 %) 129 ton (+6 %) məhsul alıb.
Azərbaycan 3 il 4 aylıq fasilənin ardından İordaniyadan tədarükü (146 min ABŞ dolları dəyərində 19 ton) bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 10,2 min ton xurmanın 73 %-i İranın payına düşüb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026