Neft bahalaşır: "Brent"in bir barreli 83 dollar ətrafında ticarət olunur

09:29 - 4.03.2026


4 mart, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiymətləri artmağa davam edir.

Saat 09:26-ya olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin may fyuçersinin qiyməti 1,62 dollar (1,99%) artaraq bir barrel üçün 83,02 dollara çatıb. 3 martdakı ticarət sessiyasının yekunlarına əsasən, "Brent"in may fyuçersi 3,66 dollar (4,71%) bahalaşaraq 81,40 dollar təşkil etmişdi.

Saat 09:26-ya qədər "NYMEX" birjasında "WTI" neftinin aprel fyuçersinin dəyəri 1,25 dollar (1,68%) artaraq bir barrel üçün 75,81 dollara yüksəlib. 3 mart ticarətinin nəticələrinə görə, aprel ayı üçün "WTI" fyuçersi 3,33 dollar (4,67%) bahalaşaraq 74,56 dollar olmuşdu.