17:04 - 3.03.2026
3 mart, Fineko/abc.az. Azərbaycandan olan kadr Cavid Alməmmədov Qazaxıstandakı “Hilton” hotelə rəhbər təyin edilib.
ABC.AZ xəbər verir ki, Alməmmədov 2026-cı ilin martından etibarən Almatı şəhərindəki “Hilton Hotels&Resort”a baş menecer təyin edilib. O buna qədər Bakıdakı “Hilton”nun Əməliyyat direktoru idi.
Alməmmədov səkkiz ildən çoxdur ki, “Hilton” hotel şəbəkəsinə qoşulub. İndiyə qədər “PMD Hospitality” kimi şirkətlərdə çalışıb.
27 İyul 2026