12:03 - 3.03.2026
3 mart, Fineko/abc.az. İstilik təchizatı xidmətləri ilə bağlı tariflərin istehlakçının mənzilinin ümumi sahəsinə görə deyil, faktiki istilik verilən sahəsinə görə hesablanması məqsədilə Nazirlər Kabinetinin təsdiqlədiyi “İstilik enerjisindən istifadə Qaydaları”na müvafiq dəyişikliklərin edilməsi təklif edilib.
ABC.AZ xəbər verir ki, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən çıxış edib.