Cənubi Koreya və BƏƏ 65 milyard dollarlıq layihələrə başlayır

16:43 - 26.02.2026


26 fevral, Fineko/abc.az. Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri 65 milyard dollardan çox dəyərində birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

ABC.AZ xəbər verir ki, bu barədə Koreya Respublikasının prezidentinin xüsusi nümayəndəsi Əbu-Dabiyə səfərinin yekunlarına dair açıqlama verib.

Ümumi məbləğin 35 milyard dolları müdafiə layihələrinə, 30 milyard dolları isə investisiya və texnologiya sahələrinə yönələcək. Tərəflər silah alışından birgə layihələndirmə, kadr hazırlığı və texnikanın modernləşdirilməsinə keçməyi planlaşdırır. Əməkdaşlıq nüvə energetikası və süni intellekt sahələrində də genişlənəcək.