10:04 - 26.02.2026
26 fevral, Fineko/abc.az. Azərbaycanda tibbi sığorta üzrə 2026-cı ilin yanvar ayında sığorta haqları 51.7 mln. manat, sığorta ödənişləri isə 6.9 mln. manat təşkil edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstəricilər 2025-ci ilin yanvar ayı ilə müqayisədə haqlar üzrə təxminən 11.4% azalma, ödənişlər üzrə isə 37.9% artım deməkdir.
Beləliklə, son bir ildə bazarda yığımlar azalsa da, ödəniş yükü əhəmiyyətli şəkildə genişlənib.
Zərərlilik səviyyəsi 2026-cı ilin yanvarında 13.3% olub. Halbuki, 2025-ci ilin yanvarında 12% idi.
2020-ci ilin yanvarında 11%, 2021-ci ildə 15.2%, 2022-ci ildə 5.7%, 2023-cü ildə 9.8% olub.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026