15:27 - 19.02.2026
19 fevral, Fineko/abc.az. “Dizel yanacağı tədarükü Ukraynaya dayandırılıb və Ukrayna boru kəməri “Drujba” vasitəsilə Macarıstana neft tranzitini bərpa edənədək bərpa olunmayacaq”.
ABC.AZ xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Nazir Ukraynanın hərəkətlərini Avropa İttifaqına üzvlük və hərbi yardım üçün razılıq almaq məqsədilə təzyiq və şantaj kimi qiymətləndirib və vurğulayıb ki, Macarıstan hökuməti ölkənin energetik təhlükəsizliyini strateji neft ehtiyatları hesabına təmin edib.