11:26 - 18.02.2026
18 fevral, Fineko/abc.az. Böyük Britaniyada illik inflyasiya yanvar ayında 3,4%-dən 3,0%-ə enib ki, bu da mart iclasında İngiltərə Bankı tərəfindən faiz dərəcəsinin endirilməsi ehtimalını artırıb.
ABC.AZ xəbər verir ki, göstərici hələ də 2%-lik hədəf səviyyəsindən yuxarı olsa da, tənzimləyici inflyasiyanın yaz aylarında gözləniləndən daha tez hədəf səviyyəyə qayıdacağını proqnozlaşdırır.
Aylıq ifadədə istehlak qiymətləri 0,5% azalıb, baza inflyasiya isə illik 3,1%-ə qədər zəifləyib. Bonuslar nəzərə alınmadan əməkhaqqı artımı da 4,2%-ə qədər enib.
Bundan əvvəl Pul-kredit siyasəti komitəsi 5-ə qarşı 4 səslə uçot dərəcəsini 3,75% səviyyəsində saxlayıb ki, bu da 2023-cü ilin fevralından bəri ən aşağı göstəricidir.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026