10:38 - 5.02.2026
5 fevral, Fineko/abc.az. Yanvar ayında Rusiyanın neft satışından əldə etdiyi gəlirlər dünya bazarında qiymətlərin enməsi, endirimlərin artması və rublun möhkəmlənməsi fonunda 2020-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə enib.
ABC.AZ xəbər verir ki, neft sektorundan vergi daxilolmaları iki dəfə azalaraq 281,7 mlrd rubl olub, neft-qaz sektorunun ümumi gəlirləri isə 50% azalaraq 393,3 mlrd rubl təşkil edib.
Vəziyyət ABŞ sanksiyaları ilə daha da ağırlaşıb: Urals markalı neftə tətbiq olunan endirim bir il əvvəlki 12 dollarla müqayisədə 26 dollara yüksəlib. Eyni zamanda, Maliyyə Nazirliyinin hesablamalarında Urals neftinin orta qiyməti 39,18 dollar olub ki, bu da 2026-cı il büdcəsində nəzərdə tutulan 59 dollardan xeyli aşağıdır.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026