15:25 - 3.02.2026
3 fevral, Fineko/abc.az. Disney-in 2026-cı maliyyə ilinin 1-ci rübündə, dekabrın 30-da başa çatan dövrdə, gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 25,98 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Hesabat dövründə hər səhmə düşən mənfəət 1,63 dollar olub və analitiklərin orta proqnozu olan 1,56 dolları üstələyib. Şirkətin mənfəətinin əsas hissəsi bu rübdə parklar və kruiz bölmələrindən gəlmişdir (3,3 milyard dollar).
Disney-in proqnozuna görə, il ərzində hər səhm üzrə mənfəətin iki rəqəmli artımı gözlənilir. Şirkət həmçinin bildirib ki, bu il 7 milyard dollarlıq səhm geri alımı həyata keçirməyi planlaşdırır.
2 fevral, вazar ertəsi günü, öncədən aparılan ticarətdə Disney-in səhm qiymətləri 4,2% artıb.