11:20 - 2.02.2026
2 fevral, Fineko/abc.az. Alibaba Ay Yeni ili bayramı dövründə Qwen AI tətbiqinə istifadəçi cəlbi məqsədilə 3 mlrd yuan (431 mln dollar) vəsait yönəldəcək.
ABC.AZ xəbər verir ki, kampaniya 6 fevraldan başlayacaq və yemək, əyləncə üzrə bonusları, həmçinin “qırmızı zərflərin” paylanmasını əhatə edəcək. Bu addım daha əvvəl oxşar kampaniyalara 1 mlrd yuan və 500 mln yuan ayırdıqlarını açıqlayan Tencent və Baidu ilə rəqabəti daha da gücləndirir.
Ay Yeni ili bayramı Çin texnologiya nəhəngləri tərəfindən ənənəvi olaraq geniş auditoriya cəlbi üçün istifadə olunur. Bu il dövlət bayramı 15 fevralda başlayacaq və doqquz gün davam edəcək.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026